...

ƏLİ KƏRİMLİ: BİZ QARŞIDURMA YARATMAQ NİYYƏTİNDƏ DEYİLİK

Siyasət Materials 27 Sentyabr 2005 17:00 (UTC +04:00)

Biz aksiyalar zamanı qarşıdurmaların yaranmasının tərəfdarı və qarşıdurma yaratmaq niyyətində deyilik. Eyni zamanda öz hüquqlarımızndan da vaz keçməyəcəyik. Buna görə də artıq "Azadlıq" bloku oktyabrın 1-də keçirəcəyi növbəti aksiyasına hazırlaşır". Trend in məlumatına görə, bu barədə sentyabrın 27-də "Azadlıq" bloku sədrlər şurasının iclasından sonra mətbuat konfransı keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli açıqlama verib. O, bildirib ki, növbəti aksiyada daha çox adam iştirak edəcək.

Əli Kərimli qeyd edib ki, sədrlər şurasının iclasında "Azadlıq" blokunun 25 sentyabr mitinqinin nəticələri, növbəti aksiyalara hazırlıq məsələləri seçki kampaniyasının gedişində baş verən qanun pozuntuları ilə bağlı müzakirələr aparılıb. 25 sentyabr aksiyasında baş verən zorakılıq halları, həbslərlə bağlı dəqiqləşmələr aparılıb.

Ə.Kərimlinin sözlərinə görə, həmin aksiyada müxalifətçilərdən ümumilikdə 220 nəfər müvəqqəti saxlanılıb, onlardan 9 nəfəri blokun deputatlığa namizədləri olub. Aksiya iştirakçılarından 75 nəfəri xəsarət alıb, aksiya iştirakçılarından hazırda 8 nəfəri həbsdədir. AXCP sədri bildirib ki, həbs olunanların barəsində çıxarılan məhkəmə qərarlarından apellyasiya şikayəti veriləcək.

Həmçinin "Azadlıq" bloku vətəndaşların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırdığına görə Bakı Şəhər İcra Hakimiyyətini, aksiyalarda yol verilən zorakılıqlara görə isə Bakı Şəhər İcra Hakimiyyətini məhkəmə verib, blokun üzvlərinə, deputatlığa namizədlərə zorakılıq tətbiq edən polis əməkdaşlarının məsuliyyətə cəlb olunmasını tələb edir.

Əli Kərimli bildirib ki, "Azadlıq" bloku 25 sentyabr aksiyasını baş tutmuş hesab edir və həmin gün blok liderləri öz tərəfdarlarını idarə edə bilmək, lazım olan anda aksiyalarını mütəşəkkil qaydada dağıtmaq imkanlarını göstəriblər.

AXCP sədrininin sözlərinə görə, polis əməkdaşlarına qraşı da zorakılıq edilməsi barədə Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumat yalandır və əllərində yalnız qərənfil olan aksiya iştiraçıları heç bir zorakı hərəkətlərə yol verməyiblər.

Xəbər lenti

Xəbər lenti