...

NOVRUZ MƏMMƏDOV: FİNLANDİYA PREZİDENTİNİN BAKIYA SƏFƏRİ ÇƏRÇİVƏSİNDƏ 2 SƏNƏD İMZALANACAQ

Siyasət Materials 27 Sentyabr 2005 18:41 (UTC +04:00)

Finlandiyanın prezidenti Tarya Halonenin Azərbaycana rəsmi səfəri çərçivəsində 2 ikitərəfli sənədin imzalanacağı istisna edilmir.Bu barədə Trend ə Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, sənəd layihələri üzərində iş hələ də davam etdirilir, buna görə də sənədlərin sayı hələlik dəqiq müəyyən edilməyib.

N.Məmmədov bildirib ki, yüksək səviyyədə keçiriləcək danışıqlarda bütün əhatəli suallar üzrə fikir mübadiləsi aparılacaq. "Yəni hazırkı vəziyyət və ikitərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi, əməkdaşlığın gələcək inkişafı.

Tərəflər mövcud olan imkanları, hansı sahələrin inkişaf etdirilməsini nəzərdən keçirəcək. Keçmişdə bizim yaxşı əlaqələrimiz vardı" -deyə N.Məmmədov bildirib.

T.Halonenin Bakıya səfəri sentyabrın 29-30-na planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti