...

AZƏRBAYCAN NAMİNƏ SEÇKİ BLOKU OKTYABRIN 1-NƏ PLANLAŞDIRDIĞI MİTİNQİ TƏXİRƏ SALIB

Siyasət Materials 28 Sentyabr 2005 14:24 (UTC +04:00)

"Azərbaycan Naminə (AN) seçki bloku oktyabrın 1-nə planlaşdırdığı mitinqdən imtina edərək oktyabrın 7-də saat 17.00-dan 19.00-dək "Qələbə" meydanında mitinq keçirməyi qərara alıb". Trend xəbər verir ki, bu barədə AN seçki blokunun rəhbərliyi razığıla gəlib.

Qeyd edək ki, adıçəkilən blok mitinqi həmin ünvanda oktyabrın 1-nə təyin etmişdi. Lakin Bakı meriyası sentyabrın 27-də bloka göndərdiyi cavabında bu vaxtı 14.00-dan 16.00-dək göstərmişdi. Bununla razılaşmayan seçki bloku mitinqin vaxtını dəyişmək məcburiyyətində qalıb.

AN seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev bildirib ki, Bakı meriyası bu dəfə də mitinqin vaxtını və ya yerini təşkilatçılarla razılaşdırılmadan dəyişərsə və ya mitinqə icazə verməkdən imtina edərsə, elə o zaman blok "Azadlıq" meydanınada icazəsiz mitinq keçirməyə qərar verəcək: "Bu, dinc xarakter daşıyacaq, qarşıdurma olarsa, məsuliyyət hakimiyyətin üzərində qalacaq".

T.Əliyev onu da qeyd edib ki, Azərbaycan Naminə seçki blokunun Moskvadakı nümayəndəliyi Bakı meriyasının məlum cavabına etiraz olaraq Azərbaycanın Rusiya səfirliyinin qarşısında oktyabrın 30-da piket keçirəcək.

Xəbər lenti

Xəbər lenti