...

MİXAİL SAAKAŞVİLİ: BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN GÜRCÜSTAN HİSSƏSİNİN AÇILIŞ MƏRASİMİ OKTYABRIN 2-DƏ OLACAQ

Siyasət Materials 28 Sentyabr 2005 16:20 (UTC +04:00)
MİXAİL SAAKAŞVİLİ: BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN GÜRCÜSTAN HİSSƏSİNİN AÇILIŞ MƏRASİMİ OKTYABRIN 2-DƏ OLACAQ

(PRAYM-TASS) - Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan hissəsinin açılış mərasimi oktyabrın 12-də olacaq. Bu barədə sentybrın 28-də keçirilmiş brifinqdə Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib. Onun sözlərinə görə, mərasimdə Türkiyə və Azərbaycan prezidentləri də iştirak edəcək.

BTC neft kəmərinin Gürcüstan hissəsinin neftlə doldurulmasına avqustun əvvəlində, "Azəri-Çıraq-Günəşli" yatağından Azərbaycan neftinin hər iki ölkənin sərhədini kəsdikdən sonra başlanıb. İTAR-TASS-ın xəbər verdiyi kimi, magistralın neftlə doldurulmasına isə cari ilin mayında Səngəçal terminalında başlanıb.

"Azəri-Çıraq-Günəşli" yatağının və BTC boru kəmərinin işlənməsi üzrə operator olan Azərbaycan Beynəlxalq əməliyyat şirkətinin məlumatlarına görə, birinci neft tankeri Türkiyənin Ceyhan limanından 2005-ci ilin sonuna kimi yola salınacaq.

BTC neft kəmərinin daşıma qabiliyyəti sutkada 1 mln barel neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti