...

GÜRCÜSTANDA BMT-NİN QAFQAZDA HÜQUQİ ƏMƏKDAŞLIĞIN TƏKMİLLƏŞDİRİLMƏSİ MƏSƏLƏLƏRİ ÜZRƏ SEMİNARI BAŞLAYIB

Siyasət Materials 28 Sentyabr 2005 17:01 (UTC +04:00)

Gürcüstanın Çaqvi şəhərində BMT-nin Qafqazda hüquqi əməkdaşlığın təkmilləşdirilməsi məsələləri üzrə regional seminarı başlayıb. BMT-nin Bakıdakı nümayəndəliyində Trend ə bildirilib ki, tədbir BMT İnkişaf Proqramının Avropa İttifaqının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Cənubi Qafqazda narkotik vasitələr üzərində nəzarət" (SCAD) dəstəyi regional proqramının 4 mərhələsi çərçivəsində keçirilir.

Seminarın əsas məqsədi hüquqşünaslığın ekstradisiya, həbs və qeyri-qanuni gəlirlərin müsadirəsi kimi sahələrində regional əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin öyrənilməsidir.

Tədbirdə AR Ali Məhkəməsi, eləcə də Baş prokurorluğun beynəlxalq hüquq İdarəsi, İnterpolun Bakıdakı Milli mərkəzi bürosu, XİN, DİN, ədliyyə nazirliyi və MTN-nin nümayəndələri iştirak edib.

Seminarın işində həmçinin Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə, İran, Böyük Britaniya və ABŞ -dan olan ekspertlər iştirak edir. Seminar öz işini sentyabrın 30-da başa çatdırır.

Xəbər lenti

Xəbər lenti