...

RƏSUL QULİYEV HƏBS OLUNACAĞI TƏQDİRDƏ AZƏRBAYCANDA QEYRİ-SABİTLİK YARANACAĞINI PROQNOZLAŞDIRIB

Siyasət Materials 28 Sentyabr 2005 17:51 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, eks-spiker Rəsul Quliyev Azərbaycana qayıtmağa dair qəti qərar qəbul edib və özü həmin vaxtı müəyyən edib. Trend in məlumatına görə, bu barədə sentyabrın 28-də telefon vasitəsilə mətbuat konfransı keçirən Rəsul Quliyev özü məlumat verib.

R.Quliyev bildirib ki, onun hüquqlarınının müdafiəsi üçün yaradılan Milli Komitənin də qəbul etdiyi qərarda olduğu kimi, qayıdacağı günlə bağlı onun gəlişindən 5 gün əvvəl açıqlama veriləcək. Qayıdacağı təqdirdə həbs olunması ilə bağlı hüquq-mühafizə orqanlarının bəyanatlarına münasibətini bildirən ADP sədri deyib ki, o, həbs olunarsa, ölkədə qeyri-sabitlik yaranacaq: "Əlbəttə, bilirəm ki, qayıdaramsa məni həbs edə bilərlər. Lakin mənim müdafiəmə qoşulan insanların çoxluğu, dönüşümlə bağlı yaranan ajiotaj göstərir ki, əgər həbs olunaramsa, qısa müddətdə ölkədə qeyri-stabil vəziyyət yaranacaq və bu da müxalifətdən çox hakimiyyətin ziyanına olacaq"-deyə Rəsul Quliyev vurğulayıb.

ADP lideri barəsində açılmış cinayət işini "qondarma" adlandıraraq onun mahiyyətinin nədən ibarət olduğunu hələ də anlaya bilmədiyini deyib, ittiham aktında barəsində göstərilənləri təkzib edib. R.Quliyev Azərbaycana dönməsi üçün prezident tərəfindən əfv olunması təklifi ilə də razılaşmadığını, günahı olmadığından heç vaxt əfv gözləmədiyini deyib.

ADP sədri digər müxalifət partiyaları, liderləri ilə əməkdaşlıq edib-etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, yalnız Lalə Şövkətlə əlaqələri var, onunla danışıqlar aparır. Lakin digər müxalifətçilərlə hər hansı məsələ, o cümlədən birləşmək, əməkdaşlıq etməklə bağlı müzakirələr aparmadığını bildirib. O, həmçinin hazırda Avropada olduğundan ABŞ-da səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşə bilmədiyi də deyib.

Xəbər lenti

Xəbər lenti