...

AZƏRBAYCAN PREZİDENTİ SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 28 Sentyabr 2005 20:42 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 28-də xalq artisti Sara Bəbiş qızı Qədimovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Trend in məlumatına əsasən, sərəncamda Bakı şəhər İcra Hakimiyyətinə Sara Qədimovanın yaşadığı binaya (Xəqani küçəsi, ev26/32) xatirə lövhəsinin vurulması, Fəxri xiyabanda qəbirüstü abidəsinin tikilməsi və Bakı şəhərindəki küçələrdən birinə onun adının verilməsinin təmin edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti