...

SƏYYAD ARAN: "AZADLIQ" BLOKUNUN LİDERLƏRİ SADƏ VƏTƏNDAŞLARI "QURBAN" VERİRLƏR"

Siyasət Materials 29 Sentyabr 2005 14:31 (UTC +04:00)

"Sanksiyalaşdırılmamış mitinqlərdə "Azadlıq" blokunun liderləri öndə getməkdən qorxduqları üçün sadə vətəndaşları "qurban" verirlər". Bu barədə Trend agentliyinə hakim Yeni Azərbaycan Partiyasının (YAP) partiyalarla əlaqələr bölməsinin müdiri, millət vəkili Səyyad Aran bildirib.

YAP rəsmisi onu da qeyd edib ki, "Azadlıq" bloku seçki öncəsi icazəsiz mitinqlər keçirməklə qarşıdurma yaradır: "Bir tərəfdən çıxışlarında seçkinin şəffaflığının qorunması və demokratik keçirilməsi barədə danışan müxalifət digər tərəfdən bu prosesi pozmağa cəhd göstərir. Sözsüz ki, hər bir sivil dövlətdə olduğu kimi Azərbaycanda da belə proseslərin qarşısı qanun çərçivəsində alınır".

S.Aran hər dəfə seçki öncəsi radikal müxalifətin beynəlxalq təşkilatların diqqət mərkəzində olmaq üçün belə prosesləri gündəmə gətirməsini təbii sayıb. Millət vəkili qeyd edib ki, Azərbaycan müxalifəti beynəlxalq təşkilatlarala yanaşı bir sıra xarici dövlətlər qarşısında da öhdəliklər götürüblər: "Bunları yerinə yetirmək üçün də qarşıdurma yaratmaq lazımdır ki, bunu da həyata keçirməyə cəhd göstərirlər".

Xəbər lenti

Xəbər lenti