ATƏT-in Bakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan hakimiyyəti ilə müxalifətin növbəti dialoqu hakimiyyət nümayəndələrinin gəlməməsi üzündən baş tutmayıb.
Trend in məlumatına görə, müxalifət partiyalarının nümayəndələri Bakının İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbovun, "Yeni Azərbaycan" partiyasının icraçı katibi Əli Əhmədovun və Azərbaycan prezidentinin İcra Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun gəlişini bir saatdan artıq gözləyiblər.