...

VURĞUN EYYUB: "AZADLIQ" BLOKUNUN ŞƏNBƏ AKSİYASININ YERİ DƏYİŞMƏZ QALIR

Siyasət Materials 29 Sentyabr 2005 17:06 (UTC +04:00)

Hakimiyyət dialoqun aparılmasına hazır deyil və onlar müxalifətin təklif etdiyi 6 marşrutdan birini təsdiqləməsələr, şənbə aksiyasının yeri dəyişilməz qalacaq. Trend in məlumatına görə, belə bir bəyanatla müxalifətdə olan "Müsavat" partiyası sədrinin müavini Vurğun Eyyub hakimiyyət nümayəndələrinin ATƏT-in Bakı ofisinin təşkil etdiyi dialoqa gəlməməsini şərh edərkən bildirib.

"Biz öz hüquqlarımızdan imtina etməyə hazırlaşmırıq", - V. Eyyub qeyd edib.

Onun sözlərinə görə, hələ səhər ATƏT-in Bakıdakı ofisinin rəhbəri səfir Maurisio Pavesi ilə danışarkən Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov özünün dialoqda iştirak edəcəyini təsdiqləmişdi.

"Biz hesab edirik ki, əgər dialoqda iştirak barədə dəvət qəbul edilməmişdisə, bu barədə qabaqcadan xəbərdarlıq etmək vacib idi", -deyə bildirən müxalifətin nümayəndəsi oktyabrın 1-də metronun "28 May" stansiyası qarşısında növbəti mitinqin keçirilməsində qətiyyətli olduqlarını bildirib.

Xatırladaq ki, müxalifət partiyalarının nümayəndələri Bakı şəhəri İcra Hakimiyətinin başçısı Hacıbala Abutalıbovu, "Yeni Azərbaycan" partiyasının icraçı katibi Əli Əhmədovun və Prezidentin İA-nın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun gəlişini bir saatdan artıq gözləyiblər.

Xəbər lenti

Xəbər lenti