...

AZƏRBAYCAN PREZİDENTİ FİNLANDİYANIN "TERIYASONERA" ŞİRKƏTİNİN RƏHBƏRİNİ QƏBUL EDİB

Siyasət Materials 29 Sentyabr 2005 19:11 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 29-da Finlandiyanın "TERIYASONERA" şirkətinin rəhbəri Anders İqeli qəbul edib.

Dövlət başçısı Finlandiya şirkətinin Bakıya gəlişinin və sentyabrın 30-da keçiriləcək Azərbaycan-Finlandiya biznes-forumunun əhəmiyətini vurğulayıb.O. qeyd edib ki, "TERIYASONERA" şirkəti regionda fəal işləyir.

A.İqel bildirib ki, onun rəhbərlik etdiyi şirkət Skandinaviyada və regionda aparıcı operatordur və bir sıra ölkələr arasında qabaqcıl yer tutur. Azərbaycanın ÜDM-nin artım tempinə görə dünyanın aparıcı ölkəsi olmasına toxunan A.İqel əlavə edib ki, "Azercell" şirkəti ilə tərəfdaşlıq sayəsində bunun şahidi olub.

O, bildirib ki, "Azercell" şirkətinin mobil rabitəsi abunəçilərinin sayı 1.6 mln. nəfərə çatıb.İndiyədək şirkət $335 mln. sərmayə qoyub və investisiyaların həcmi $400 mln.-a çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti