...

SƏYYAD ARAN: "MÜXALİFƏT YAP-A BÖHTAN ATIR"

Siyasət Materials 30 Sentyabr 2005 11:18 (UTC +04:00)

"Müxalifət xalqın ona göstərə biləcəyi etimadı qazanmaq şansından məhrum olduğundan hakim Yeni Azərbaycan Partiyasına (YAP) böhtan atır". Bu barədə Trend ə YAP-ın partiyalararası əlaqələr bölməsinin rəhbəri, millət vəkili Səyyad Aran bildirib.

S.Aran bunu müxalifətin guya YAP-ın dairə seçki məntəqələrində seçicilərin otuz faizinə seçki vəsiqəsi verməməsi və bununla da seçkiləri saxtalaşdıracağı ilə bağlı ittihamlarına cavab olaraq bildirib: "Hakim partiya belə bir prosesi həyata keçirməkdən uzaqdır. Buna ehtiyac da yoxdur. Xalqın YAP-ın liderinə olan etimadı seçkilərdə hansı qüvvəyə daha çox səs veriləcəyini indidən müəyyənləşdirib".

Millət vəkili onu da qeyd edib ki, "Azadlıq" bloku tərəfindən belə ittihamların irəli sürülməsində məqsəd YAP-ı ictimaiyyətin gözündən salmaq məqsədi daşıyır: "Xalq seçimini çoxdan edib. Özünü müxalifətin liderləri hesab edənlərə xalq etimad göstərsəydi, onlar da lazımi ünvanlarda təmsil olunardılar. Seçki öncəsi belə ittiham və böhtanlarla çıxış etmək bizim müxalifətin köhnə adətidir".

Xəbər lenti

Xəbər lenti