...

"AZADLIQ" BLOKUNUN NÜMAYƏNDƏLƏRİ ACLIQ AKSİYASINA BAŞLAYIB

Siyasət Materials 30 Sentyabr 2005 17:14 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan partiyaların (Müsavat, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Azərbaycan Demokrat Partiyası (ADP)) hər birindən iki nümayəndə ADP-nin qərargahında sentyabrın 30-da saat 14.00-dan aclıq aksiyasına start veriblər" Bu barədə Trend ə ADP-nin mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib.

N.İsmayılovun sözlərinə görə aclıq aksiyasına Müsavatdan partiyanın başqan müavini Rauf Arifoğlu, Divan üzvü Qabil Hüseynli, ADP-dən Elbrus Quliyev və Aydın Quliyev, AXCP-dən isə sədrin müavini Fuad Mustafayev və Kamil Vəli Nərimanoğlu qoşulub: "Bu sıranın genişlənəcəyi də nəzərdə tutulub. Aksiya edənlərə qoşulmaq üçün müraciət edənlər də var".

ADP səlahiyyətlisinin sözlərinə görə aclıq aksiyasının keçirilməsinə səbəb seçki qanunvericiliyində bir sıra dəyişikliklərin edilməsi, blokun namizədlərinə seçki təbliğatını qurmaq üçün lazımi şəraitlərin yaradılmaması və sərbəst toplaşmaq haqqında qanunun hakimiyyət tərəfindən pozulmasıdır: "Biz iqtidardan bütün bunları tez bir zamanda yerinə yeti rilməsini tələb edirik. Əks təqdirdə aksiyanın vaxtı uzana bilər".

N.İsmayılov onu da qeyd edib ki, məsələ ilə bağlı bütün beynəlxalq təşkilatlara müraciət edilib. Bir sıra partiya və qeyri-hökumət təşkilatlarından aksiya iştirakçılarını baş çəkilib: "Onlar üçün ayrıca həkim də ayrılıb. Ancaq aksiya iştirakçıları oktyabrın 1-ə planlaşdırdığımız mitinqdə iştirak edəcəklər".

Xəbər lenti

Xəbər lenti