...

AZƏRBAYCAN PREZİDENTİ ÇİN VƏ NİGERİYALI HƏMKARLARINI TƏBRİK EDİB

Siyasət Materials 30 Sentyabr 2005 18:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Xu Szintaoya təbrik məktubu göndərib. Trend in məlumatına əsasən, məktubda Çin Xalq Respublikasının yaradılması Günü münasibətilə təbrik bildirilir. İ.Əliyev məktubda iki ölkə arasında əməkdaşlığın uğurlu davamından məmnunluğunu qeyd edir.

Azərbaycan prezidenti həmçinin Nigeriya prezidenti Olisequn Obasansoya həmin ölkənin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib. "Ümidvaram ki, Azərbaycan-Nigeriya münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf etdiriləcəkdir" -deyə məktubda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti