...

HACIAĞA NURİ KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ VƏ AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSİNƏ ŞİKAYƏT EDƏCƏK

Siyasət Materials 1 Oktyabr 2005 12:00 (UTC +04:00)

"28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyi ləğv edilən Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacıağa Nuri oktyabrın 3-də Ali Məhkəmənin plenumuna, Konstitusiya Məhkəməsinə və Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək". Bu barədə Trend agentliyinə AİP sədri Hacıağa Nuri bildirib.

Partiya sədrinin sözlərinə görə, onlar mübarizədən geri çəkilmək fikrində deyillər: "Mənim hüquqlarım pozulub. Bunun üçün bütün beynəlxəlq təşkilatlara, Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərə müraciətlər etmişəm. Beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirmişəm. Bu barədə onları da məlumatlandırmışam".

H.Nuri onu da qeyd edib ki, məqsədlərinə çatmadıqda kütləvi aksiyalara başlayacaqlar. Bunun üçün qüvvələrinin yetərincə olduğunu bildirən AİP sədri "Hələlik məsələnin sakitliklə həllinə çalışırıq. Ədalət zəfər çalmasa öz qüvvəmizi göstərmək məcburiyyətində qalacağıq" - deyib.

Qeyd edək ki, Azərbaycançı Qüvvələr (AQ) seçki blokunda təmsil olan H.Nuri namizədliyini ləğv edən Mərkəzi Seçki Komissiyasının qərarından Apellyasiya Məhkəməsinə və sonra isə Ali Məhkəməyə kassasiya şikayəti verib. MSK-nın qərarı qüvvədə saxlandığına görə H.Nuri daha yüksək instansiyalara müraciət etmək fikrindədir.

Xəbər lenti

Xəbər lenti