...

Z.QARALOV: "PROKURORLUQ ORQANLARI VƏTƏNDAŞLARIN HÜQUQLARININ QORUNMASINDA DAİM FƏAL İŞTİRAK EDİR"

Siyasət Materials 1 Oktyabr 2005 12:50 (UTC +04:00)
Z.QARALOV: "PROKURORLUQ ORQANLARI VƏTƏNDAŞLARIN HÜQUQLARININ QORUNMASINDA DAİM FƏAL İŞTİRAK EDİR"

Oktyabrın 1-də Baş Prokuror Zakir Qaralov, hərbi prokuror Xanlar Vəliyev və hər iki prokurorluqda çalışan işçi korpusu ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Trend məlumat verir ki, ziyarət Azərbaycan Respublikası Baş Prokurorluğunun 87-ci ildönümü münasibətilə təşkil olunub.

Zakir Qaralov jurnalistlərlə söhbətində bildirib ki, artıq 8-ci ildir oktyabrın 1-i Baş Prokurorluğun yarandığı gün kimi qeyd olunur. "1998-ci ildə mərhum Prezidentimiz Heydər Əliyevin imzaladığı müvafiq fərmanla artıq 8-ci dəfədir ki, Respublika Prokurorluğu öz bayramını qeyd edir. Qeyd etmək istəyirəm ki, Azərbaycanın prokurorluq orqanları həmişə müstəqil dövlətçiliyimizin qorunmasında, cinayətkarlıqla mübarizədə, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında daim fəal iştirak edir", - deyə Zakir Qaralov bildirib.

Baş prokurorun sözlərinə görə, bayram münasibətilə ciddi tədbirlər nəzərdə tutulmayıb. Z.Qaralov: "Bayram münasibətilə Baş Prokurorun əmri ilə bir qrup əməkdaşlar vaxtından əvvəl rütbə dərəcələri, vəzifədə irəli çəkilmələr və digər mükafatlarla təltif olunublar. Ancaq elə bir ciddi tədbir həyata keçirilməyəcək".

Xəbər lenti

Xəbər lenti