...

AYDIN QULİYEV: "RƏSUL QULİYEV HƏBS OLUNMAĞA DA HAZIRDIR"

Siyasət Materials 1 Oktyabr 2005 14:19 (UTC +04:00)

"Rəsul Quliyevin Azərbaycana qayıdışı heç bir halda təxirə salınmayacaq. Ölkəyə qayıdacağı günü də Rəsul Quliyev özü müəyyən edib". Bu fikirləri Trend ə Rəsul Quliyevin lideri olduğu Azərbaycan Demokrat Partiyasının (ADP) funksioneri Aydın Quliyev bildirib.

Qeyd edək ki, baş prokuror Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında bir daha bəyan edib ki, Rəsul Quliyev və Ayaz Mütəllibov Azərbaycana gələn kimi həbs olunacaqlar.

Aydın Quliyev deyib ki, hüquq-mühafizə orqanlarının bu bəyanatları Rəsul Quliyevin bu dəfə ölkəyə gəlişini əngəlləməyəcək.

Onun sözlərinə görə, ADP sədri hər şeyə, hətta həbs olunmağa da hazırdır: "Biz Rəsul Quliyevin gəlişinə hazırlıq görürük. Hüquq-mühafizə orqanlarının bəyanatlarına baxmayaraq, ADP sədrinin qayıtmaq barədə verdiyi qəti qərarı dəyişməyəcək.

Rəsul Quliyev həbs olunarsa, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını sivil yolla almağa çalışacağıq.

Hadisələrin məcradan çıxmasına, zorakılıq müstəvisinə keçməsinə biz tərəfdən yol verilməyəcək, amma bu baş verərsə, məsuliyyət hakimiyyətin üzərində olacaq"-deyə A.Quliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti