...

ESTONİYANIN "SAAR-POL" ŞİRKƏTİ AZƏRBAYCANDA "EXİT-POLL"LA BAĞLI TRENİNQLƏR KEÇİRİR

Siyasət Materials 1 Oktyabr 2005 14:31 (UTC +04:00)

Noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkisində exit-poll keçirəcək təşkilatlardan biri - Estoniyanın "Saar-Pol" şirkətinin prezidenti Andres Saar və onun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Bakıdadırlar. Trend in məlumatına görə,şirkətin mütəxəssislərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədi exit-polla bağlı treninqlərin keçirilməsidir.

Belə ki, Azərbaycanda Regional İnkişaf Mərkəzinin yaxından köməyi ilə Gəncə, Sumqayıt, Əli-Bayramlı, İsmayıllı şəhərlərində keçiriləcək treninqlərdə "exit-poll"da iştirak edəcək şəxslərin- supervazer və interyerlər bu prosesin mahiyyəti barədə məlumatlandırılmasına xidmət edəcək. Nümayəndə heyətinin səfəri oktyabrın 2-də başa çatır.

Qeyd edək ki, "Saar-Pol" şirkəti 1988-ci ildə təsis edilib və hazırda şirkətin Latviya, Litva, Ukrayna və Rusiyadakı qurumlarla sıx əlaqələri mövcuddur. Şirkətin əsas fəaliyyət istiqaməti marketinq tədqiqatlarının tam xidmətini göstərməklə yanaşı, omnibus tipli sorğular keçirməkdir.

"Saar-poll" NATO-nun, Avropa təsisisatlarının, o cümlədən Pribaltika ölkələrinin dövlət təşkilatlarının sifarişi ilə marketinq tədqiqatları keçirib.

Xəbər lenti

Xəbər lenti