...

İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İŞTİRAKÇI DÖVLƏTLƏRİ 2015-Cİ İLƏ VAHİD ENERJİ SİSTEMİ YARATMAQ NİYYƏTİNDƏDİR

Siyasət Materials 3 Oktyabr 2005 12:11 (UTC +04:00)

İqsadi Əməkdaşlıq Təşkilatının iştirakçı dövlətləri 2015-ci ilə vahid enerji sistemi yaratmaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə İƏT-in Nazirlər Şurasının Astanada keçirilmiş 15-ci iclasının yekunları üzrə qəbul olunmuş sənəddə bildirilir.

"2015-ci ilə kimi İƏT-in perspktivləri" adlı sənəddə tərəflərin "elektrik enerjisinin istehsalı, mübadiləsi və ticarətinin daha səmərəli modellərinin əldə olunması üçün İƏT regionu enerji sistemlərinin qarşılıqlı birləşdirilməsini vaxtında həyata keçirmək, regionda neft-qaz boru şəbəkələrinin inkişafına kömək etmək qətiyyəti" təsdiq olunub.

Bu addımlar regionda enerji tələbatını ödəmək və iştirakçı dövlətlərin beynəlxalq bazarlara çıxışını təmin etmək, yeni və bərpa olunmuş enerji mənbələrinin inkişafında əməkdaşlığı genişləndirmək, enerji istehsalının effektivliyini və ondan səmərəli istifadəni artırmaq məqsədilə atılıb.

Bundan başqa, sənəddə, həmçinnin, o da qeyd olunur ki, tərəflər 2015-ci ilə kimi regionda enerji sistemlərinin paralel olaraq fəaliyyət göstərmələrini həyata keçirməyi, neft qaz boru kəmərlərinin istifadəyə verməyi və ya onların geniş şəbəkə və marşrutlarının işlənməsinə yardım etməyi, bərpa olunmuş və alternativ enerji mənbələrinin istifadəsini genişləndirməyi planlaşdırır.

Görüş iştirakçıları, həmçinin, ticarət, kommunikasiya, energetika, iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa nəzarət, İƏT ölkələrində yoxsulluğun azaldılması ilə bağlı məsələlərə toxunulub.

"Biz mal və xidmətlərin azad hərəkəti üçün əlverişli mühitə malik sabit, inkişaf edən və yüksək rəqabətə malik sənaye regionu yaradacağıq", - deyə sənəddə bildirilir.

İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Xəbər lenti

Xəbər lenti