...

"AZADLIQ" BLOKUNUN ŞƏNBƏ AKSİYASININ MONİTORİNQİNİN NƏTİCƏLƏRİ ATƏT-İN MƏRUZƏSİNƏ DAXİL EDİLƏCƏK

Siyasət Materials 3 Oktyabr 2005 12:39 (UTC +04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik İnstitutlar və İnsan Haqları üzrə Bürosunun missiyasının ekspertləri (ATƏT DİİHB) şənbə günü (1 oktyabr) Bakıda müxalifətin "Azadlıq" blokeunun sanksiyalaşdırılmamış mitinqinin monitorinqini keçiriblər. Müşahidənin nəticələri missiyanın növbəti məruzəsinə daxil ediləcək. Bu barədə Trend ə ATƏT-in DİİHB missiyasının Böyük Britanyiadan olan nümayəndəsi Haydi Smes məlumat verib.

H. Smes qeyd edib ki, məruzənin hazırlanması üzrə iş davam edir. Lakin sənədin açıqlanacağı tarix məlum deyil.

Qeyd edək ki, ATƏT-in DİİHB-nun missiyası 30 uzunmüddətli Belorus, Danimarka, Fransa, Makedoniya, Almanyia, Yunanıstan, Niderland, Norveç, İsveç, Sloveniya, İspaniya, İsveçrə, Türkiyə, Böyük Britanyia, Ukrayna və ABŞ-dan olan beynəlxalq müşahidəçidən ibarətdir.

Missiyanın Almaniyadan olan səfir Girt Arensin (Geert-Hinrich Ahrens) başçılıq etdiyi rəhbər komandasına Gerald Jepsen (Harald Jepsen) (Danimarka), Rafael Matey (Raphaelle Mathey) (Fransa), Rikkardo Çelleri (Riccardo Chelleri) (İtaliya), Rasto Kuzel (Rasto Kuzel) Slovakiya, Edward Soden-Bird (Böyük Britaniya), Kerstin Dokter (Kerstin Dokter) (Almaniya), Haydi Smes (Heidi Smith) (Böyük Britaniya), Emil Puriç (Emil Pyrich) (Polşa), (Robert Leç) Robert Lech (Polşa) və Malqosia Faleçka (Malgosia Falecka) (Polşa) daxildir.

Bundan əlavə, səvermə günü ərəfəsində Bakıya 500 nəfər qısamüddətli müşahidəçi gələcək və onlar noyabrın 3-də Azərbaycanın KİV üçün brifinq keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti