...

"AZADLIQ" BLOKUNUN NÖVBƏTİ AKSİYASI OKTYABRIN 8-DƏ KEÇİRİLƏCƏK

Siyasət Materials 3 Oktyabr 2005 12:51 (UTC +04:00)

"Azadlıq" blokunun növbəti aksiyasının vaxtı təyin olunub. Blokun seçki qərargahından Trend ə verilən məlumata görə, Azərbaycan

Demokrat Partiyası (ADP), Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) və Müsavat Partiyası növbəti kütləvi aksiyasını oktyabrın 8-də keçirəcək. Bu dəfə də müxalifətçilər mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə 6 martşurt təklif edəcəklər. "Azadlıq" meydanı, Cəfər Cabbarlı və M.Füzuli heykəlləri, Nəriman Nərimanov kinoteatrı, Milli Elmlər Akademiyası və Xalçaçılıq Muzeyinin qarşısındakı meydanlarda mitinq keçirmək üçün icazə istəniləcək.

Seçki qərargahından bildirilib ki, bu dəfə də Bakı Şəhər İcra Hakimiyyəti həmin ünvanlarda mitinqə razılıq verməsə, bu meydanlardan birində mütləq aksiya keçiriləcək. "Azadlıq" bloku yenə də izacə verilib-verilməməsindən asılı olmayaraq, şəhərin mərkəzi yerlərində aksiya keçirməkdə israrlıdır.

Xəbər lenti

Xəbər lenti