...

BAKIDA MDB-NİN MÜŞAHİDƏ MİSSİYASININ QƏRARGAHI AÇILACAQ

Siyasət Materials 3 Oktyabr 2005 13:08 (UTC +04:00)

MDB-nin icraçı katibi Vladimir Ruşaylonun oktyabrın 5-7-də Azərbaycana gözlənilən səfəri çərçivəsində Bakıda parlament seçkiləri üzrə MDB-nin mühadidə missiyasının qərargahı açılacaq. Bu barədə Trend ə MDB İcraiyyən Komitəsinin sədri katibliyinin rəhbəri Vladimir Filippoviç məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı səfərin proqramı Azərbaycanın XİN-i ilə birgə hazırlanır və hazırda onun detpllprı dəqiqləşdirilir. V.Ruşaylo Azərbaycan prezidenti İlham Əliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmək niyyətindədir. "Azərbaycanın müxalifət partiyalarının sədrləri ilə görüşə gəldikdə isə bu məsələ artıq yerində həll olunacaq", - deyə V.Filippoviç bildirib.

MDB-nin icraçı katibi ilə yanaşı Bakıya Azərbaycandakı parlament seçkiləri dövründə uzunmüddətli müşahidə prosesində iştirak edəcək MDB ölkələrinin nümayəndələri də gələcək. V.Filippoviçin sözlərinə görə, seçkiləri MDB-dən cəmi 20 nəfər müşahidə edəcək.

Qeyd edək ki, V.Ruşaylonun MDB müşahidə missiyasının rəhbəri təyin edilməsi barədə qərar bu günlərdə MDB dövlətlərinin daimi səlahiyyətli nümayəndələri Şurasının Minskdə keçirilən iclasında qəbul edilib. Plana görə missiyanın qərargahı Azərbaycanda oktyabrın 5-7-də işə başlayacaq. Onu da qeyd edək ki, missiyaya Ermənistandan olan müşahidəçilər daxil deyil.

Xəbər lenti

Xəbər lenti