...

"AZADLIQ" BLOKU MİTİNQLƏRİNƏ HƏR GÜN START VERƏ BİLƏR

Siyasət Materials 3 Oktyabr 2005 14:13 (UTC +04:00)

"Azadlıq" bloku mitinqlərinə hər gün start verə bilər" Bu barədə Trend agentliyinə "Azadlıq" blokuna daxil olan Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Elman Salayev bildirib.

ADP səlahiyyətlisi qeyd edib ki, adıçəkilən blokun oktyabrın 8-ə planlaşdırdığı mitinqi iqtidar tərəfindən dağıdılacağı təqdirdə bu məsələ gündəmə gətiriləcək: "Öz hüququmuzu konstitusiya çərçivəsində qorumağı qarşıya məqsəd qoymuşuq. Qoy iqtisadr hər həftə yox, hər gün yüzlərlə insana öz gücünü göstərsin. Biz də hər gün məqsədimizi həyata keçirməyə çalışacağıq".

E.Salayev "Azadlıq" blokunun oktyabrın 1-də keçirməyə cəhd göstərdiyi mitinqlə bağlı bildirib ki, insanların konstitusion hüquqları vəhşicəsinə pozulub: "Polis zor işlədərək onlarla mitinq iştirakçısını döyüb. Ancaq onların konstitusion hüquqlarını əllərindən ala bilməyib".

E.Salayev həmin vaxt 200-dən çox mitinq iştirakçısının həbs edildiyini, 60-dan çox insanın xəsarət aldığını qeyd edib: "Hazırda polis bölməsində 20 mitinq iştirakçısı saxlanılır. Onlar da müxtəlif təzyiqlərlə üzləşirlər. Bu barədə bir sıra beynəlxalq təşkilatlara müracəit olunub".

"Azadlıq" blokuna daxil olan Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub blokun oktyabrın 1-də "Cəfər Cabbarlı" meydanında keçirmək istədiyi mitinqi təbliğat-təşviqat kampaniyasının bir mərhələsi kimi qiymətləndirib: "Ancaq iqtidar bizi öz seçicilərimizlə görüşməkdən məhrum edir. Bu da onu göstərir ki, hakimiyyət bu dəfəki parlament seçkilərini də saxtalaşdırmağa çalışır".

V.Əyyub mitinqdə nə qədər insanın tutulduğu və xəsarət aldığı barədə dəqiq məlumata malik olmadığını önə çəkib.

Adıçəkilən blokda təmsil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu da həmkarlarının yuxarıda dediyi fikirləri təsdiqləyərək iqtidar tərəfindən insanların konistitusion hüquqlarının pozulduğunu göstərib: "Oktyabrın 1-ə planlaşdırılan mitinqin amansızcasına dağıdılması bu dəfə də iqtidarın namizədlərə və onların seçicilərinə olan münasibətini üzə çıxarıb".

İ.Əvəzoğlu mitinq zamanı 200-dən çox insanın həbs edildiyini, 60-dan çoxunun isə polis dəyənəklərinə məruz qaldığını, bir neçəsinin isə ağır yaralandığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti