...

XƏZƏRİN STATUSU ÜZRƏ BAKIDA KEÇİRİLƏN İCLASDA BÜTÜN XƏZƏRYANI ÖLKƏLƏR TƏMSİL OLUNACAQ

Siyasət Materials 3 Oktyabr 2005 14:55 (UTC +04:00)

Oktyabrın 6-7-də Xəzərin statusu üzrə Konvensiyanın işlənib-hazırlanmasına dair Xəzəryanı ölkələrin işçi qruplarının Bakıda keçiriləcək 18-ci iclasında bütün 5 ölkə - Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan təmsil olunacaq.Bu barədə Trend ə AR XİN-də bildirilib.

Bu ölkələrin xarici işlər naziri müavinləri səviyyəsində keçiriləcək iclas oktyabrın 7-də saat 10.00-da "Hyatt Park" otelində başlayacaq. Oktyabrın 7-də saat 12.35-də ekspertlər orada iclasın yekunlarına dair mətbuat konfransı keçirəcək.

Növbəti 18-ci iclasda işçi qrupu tərəfindən dənizin statusu üzrə beş Xəzəryanı ölkənin mövqelərinin yaxınlaşmasına dair məsləhətləşmələr davam etdiriləcək.Xüsusilə ekspertlər ekoloji problemlər üzrə işi davam etdirəcək, təbii ehtiyatların müdafiəsi və bunlardan istifadə, hidrometeorologiya, dəniz və hərbi gəmiçilik üzrə müəyyən sahəyə aid olan saziş layihələrini razılaşdıracaqlar.Xatırladaq ki, Azərbaycanı bu danışıqlarda prezidentin Xəzərin statusunun müəyyən edilməsi məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Xəbər lenti

Xəbər lenti