Bu gün heç bir tərəf Azərbaycanın Avropa Şurası (AŞ) ilə əməkdaşlığına əngəl törədəcəyini bəyan etməyib. Trend in məlumatına görə, bu barədə oktyabrın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərlə görüşündə bəyan edib.
Ermənistan KİV-nin Avropa şurasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiyenin "Avropanın genişləndirilməsi: Yeni qonşuluq" proqramının Kiprin Azərbaycana münasibətlə tutduğu mövqe ilə əlaqədar ləngidilməsi barədə yaydığı bəyanatına toxunan Azərbaycanın XİN-nin rəhbəri bildirib ki, "mövcud reallıq kontekstində Bakının ünvanına Azərbaycanla AŞ-ının əməkdaşlığında maneələrin olması ilə bağlı formal və ya rəsmi bəyanat daxil olmayıb".
Nyu-Yorkda yunan Kiprinin XİN-in rəhbəri ilə Nuy-Yorkdakı görüşünə istinad edən E. Məmmədyarov qeyd edib ki, "bu məsələ KTV-də səslənən müstəvidə qoyulmayıb".