...

AZƏRBAYCAN VƏ LATVİYA PREZİDENTLƏRİ DANIŞIQLARIN YEKUNLARINDAN RAZIDIR

Siyasət Materials 3 Oktyabr 2005 15:30 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev latviyalı həmkarı Vayra Vike-Freyberqa ilə danışıqların yekunlarından məmnundur. Trend in məlumatına əsasən, oktyabrın 3-də Bakıda keçirilən birgə mətbuat konfransında İ.Əliyev Latviya prezidentinin Azərbaycana ilk rəsmi səfərində danışıqların əsas mövzusunun iki ölkə arasında əməkdaşlıq, eləcə də Cənubi Qafqaz regionunda münaqişələrin həlli olduğunu qeyd edib.Onun sözlərinə görə, Azərbaycanın Avropaya inteqrasiyası Latviya prezidenti ilə danışıqlarda daha bir mövzu olub.

Öz növbəsində, V.Vike-Freyberqa qeyd edib ki, Azərbaycan ilə Latviya arasında ümumi bir cəhət vardır ki, bu da əvvəllər hər iki ölkənin SSRİ-nin tərkibində olması, indi isə Avropaya fəal inteqrasiya etməsidir.O, qeyd edib ki, hazırda müstəqil dövlət kimi Azərbaycanda fəal tərəqqi müşahidə olunur. V.Vike-Freyberqa qeyd edib ki, Azərbaycanın demokratik cəmiyyət kimi formalaşmasında, eləcə də Avropa İttifaqı ilə əməkdaşlığında maraqlıdır. Prezident deyib ki, Latviya hökuməti Avropa İttifaqının üzvü kimi, bu məsələdə toplanmış təcrübəni bölüşməyə hazırdır.

Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərin suallarını cavablandıraraq bəyan edib ki, ölkənin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqeyi beynəlxalq prinsiplərə əsaslanır.O, qeyd edib ki, Ermənistan Azərbaycan ərazisinin təxminən 20%-ni, o cümlədən Dağlıq Qarabağın əvvəllər ermənilərin yaşamadığı rayonlarını işğal edib.Prezident bildirib ki, Azərbaycan yerli əhalinin təhlükəsizliyinə və siyasi sabitliyə zəmanət verir.Amma, onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həllinin əsas amilləri işğal olunmuş ərazilərin Azərbaycana, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır.

Öz tərəfindən V.V.Freyberqa qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində Latviyanın mövqeyi Avropa İttifaqının mövqeyi ilə eynidir. O, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hesab edir ki, dünya təcrübəsi münaqişənin hərbi yolla həllinin hər iki ölkə üçün insan itkisi olduğunu göstərir.İki ölkənin iqtisadi potensialı barədə sualı cavablandırarkən Azərbaycan və Latviya prezidentləri qeyd edib ki, bunun üçün yaxşı imkanlar vardır.Bunu keçirilən birgə biznes-forum nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti