...

RAMİL USUBOV: AZƏRBAYCANIN DAXİLİ İŞLƏR NAZİRLİYİ BAKIDA QANUNSUZ AKSİYALARIN QARŞISINI ALMAQ ÜÇÜN KİFAYƏT QƏDƏR GÜCƏ MALİKDİR

Siyasət Materials 3 Oktyabr 2005 16:07 (UTC +04:00)
RAMİL USUBOV: AZƏRBAYCANIN DAXİLİ İŞLƏR NAZİRLİYİ BAKIDA QANUNSUZ AKSİYALARIN QARŞISINI ALMAQ ÜÇÜN KİFAYƏT QƏDƏR GÜCƏ MALİKDİR

"Oktyabrın 1-də icazəsiz mitinqin dağıdılması zamanı Polis akademiyası kursantları və hüquq-mühafizə orqanları ilə heç bir əlaqəsi olmayan şəxslərin köməyindən istifadə olunması həqiqətə uyğun deyil". Trend in xəbər veriyi kimi, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov oktyabın 3-də jurnalistlərlə görüşündə bildirib.

"DİN Bakıda qanunsuz aksiyaların qarşısını almaq üçün kifayət qədər gücə malikdir və bunun üçün kursantların və ya Azərbaycanın digər regionlarından əlavə qüvvələrin cəlb olunmasına ehtiyac yoxdur", - deyə nazir qeyd edib.

R.Usubov, həmçinin, bildirib ki, DİN müxalifətin aksiyaları zamanı silahdan istifadənin mümkünlüyünü istisna etmir. "Ola bilsin ki, bu addımın seçkidən sonra atılacağı planlaşdırılıb.

"Bizdə olan məlumata görə, səsvermədən sonra müxalifət silaha əl ata bilər. Biz bu versiyanı müzakirə edirik", - deyə R.Usubov əlavə edib.

Onun sözlərinə görə, təxminən 20-30 aksiya iştirakçısı asayişi mühafizə qüvvələrinə qarşı "polisin gözlədiyi kimi" qəzetə bükülmüş dəmir əşyalardan istifadə ediblər.

"Bu fakt araşdırılır və onun təsdiq olunduğu təqdirdə, radikal müxalifət fəallarına qarşı cinayət işinin qaldırılacağı istisna olunmur".

Sonda nazir bəyan edib ki, "çadırların rəngindən asılı olmayaraq" hüquq-mühafizə orqanları müxalifətin Bakıda çadır qurmasına imkan verməyəcək.

Xəbər lenti

Xəbər lenti