...

SÜLH VƏ DEMOKRATİYA İNSTİTUTU BAKI KƏNDLƏR BİRLİYİ İLƏ BİRGƏ BAKI KƏNDLƏRİNDƏ SEÇKİLƏRİN MONİTORİNQİNİ APARACAQ

Siyasət Materials 3 Oktyabr 2005 17:32 (UTC +04:00)

Bakının 7, Abşeronun isə 2 kəndində Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən seçkilərin monitorinqi aparılacaq". Bu barədə Trend agentliyinə Bakı Kəndlər Birliyi (BKB) sədrinin müavini Xanlar İbrahimov bildirib.

X.İbrahimov bildirib ki, bu prosesi həyata keçirməkdə SDİ-yə BKB kömək edəcək: "SDİ-nin direktoru Leyla Yunus oktyabrın 3-də Vəhdət Partiyasının qərargahında BKB-nin nümayəndələri ilə keçirdiyi görüşdə monitorinqlə bağlı planda nəzərdə tutulan vəzifələri izah edib. Ümumilikdə Bakı və Abşeronun 9 kəndində (Əzizbəyov rayonu -2, Sabunçu - 2, Suraxanı - 3 və Abşeron - 2) seçkilərin necə keçirilməsi müşahidə ediləcək. Monitorinqin keçirilməsi noyabrın 6-da - seçkilər günü nəzərdə tutulsa da, ilkin olaraq sınaq mərhələsi keçirilib".

Bir sıra qanun pozuntularının qeydə alındığını bildirən X.İbrahimov SDİ tərəfindən oktyabrın 20-də bir sıra beynəlxalq təşkilatlara hesabatın göndəriləcəyini qeyd edib: "BKB tərəfindən isə SDİ-yə hər seçki dairəsi üzrə bir müşahidəçi veriləcək".

Xəbər lenti

Xəbər lenti