...

POLŞA ŞİRKƏTLƏRİ AZƏRBAYCANIN NEFT YATAQLARININ REKULTİVASİYASINDA MARAQLIDIR

Siyasət Materials 3 Oktyabr 2005 18:09 (UTC +04:00)
POLŞA ŞİRKƏTLƏRİ AZƏRBAYCANIN NEFT YATAQLARININ  REKULTİVASİYASINDA MARAQLIDIR

Polşanın iqtisadi işlər və əmək naziri Petr Rutkovskinin Trend ə eksklyuziv müsahibəsi

- Sizin Azərbaycana səfər etməkdə məqsədiniz nədir? Hər hansı bir razılaşmanın imzalanacağı gözlənilirmi?

- Bizim nümayəndə heyətinin səfərinin əsas məqsədi Polşa və Azərbaycan hökumətləri və sahibkarları arasında qarşılıqlı münasibətlərin intensivləşdirilməsidir. Hazır səfərin gedişində myəyyən müqavilə və ya sənədin imzalanması gözlənilmir. Lakin bu istiqamətdə hazırlıq işləri aparılacaq. Gözlənildiyinə görə, artıq noyabrın ortalarında Azərbaycanda polyak şirkətləri arasında neft və qaz sahəsində razılaşma imzalanacaq. İqtisadi İnkişaf, Sənaye və Energetika Nazirliklərində, ARDNŞ-in rəhbəri və Azərbaycanın baş nazirin birinci müavini Abid Şərifovla bugünki görüş bizə həm hökumət və həm də şirkətlər səviyyəsində əməkdaşlıq barədə təkliflər vermək imkanı verir.

- Polşanın POGC şirkəti ARDNŞ-lə Azərbaycanda qurudakı neft yataqlarının operatorluğunu əldə etmək imkanları barədə danışıqlar aparmasına baxmayaraq, işlər müəyyən razılaşmanın imzalanması ilə başa çatmayıb. Polşa tərəfinin bu istiqamətdə hələ də maraqları varmı?

- Azərbaycan tərəfi ilə bu günki görüşdə milli neft-qaz şirkətinin ("Polşa nfet və qaz sənayevi") prezidentinin müavini, eləcə də neft boru kəmərlərinin istismarı üzrə şirkətin prezidenti iştirak edəcək. Biz ümid edirik ki, bu danışıqlar ardıcıl olaraq bundan əvvəlki görüşlərdə olduğu kimi, bu sahədə irəliyə doğru böyük addım olacaq. Doğrudur, bunun üçün bir çox detalların daha konkret müzakirə edilməsi lazımdır. Bunula artıq bu işdə marağı olan konkret şirkətlər məşğul olacaq.

- Polşa Azərbaycan tərəfi ilə sonradan öz neft emalı zavodlarında emal olunmaq üçün neft tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaq imkanlarını nəzərdən keçirirmi?

- Bu əlbəttə, mümkündür. Bu iş üçün çıxış edə biləcək polşalı tərəfdaşlar "Orlen" və "Lotos" şirkətləri ola bilər. Hazırda bu şirkətlər Polşaya neft tədarükünün diversifikasiyası üçün bazarlar axtarırlar. Lakin ən əsası odur ki, bu bazarlar iqtisadi baxımdan cəlbedici olsun.

Potensial investisiyalar qoymaq baxımından Azərbaycan iqtisadiyyatının məhz hansı sahələri Polşa üçün maraqlıdır?

- Polşa üçün Azərbaycan bazarı çox cəlbedicidir. Biz ərzaq sənayesi, məişət texnikasının satışı, eləcə də tikinti-quraşdırma sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyirik. Burada bilavasitə tikinti, eləcə də gələcəkdə hazır mənzillərin müxtəlif avadanlıqlarla təchizatı da nəzərdə tutulur. Bundan əlavə, bu günki görüş zamanı bizim İqtisadi İnkişaf Nazirliyində Azərbaycan tərəfinə təqdim etdiyimiz təkliflərdən biri də relslər arasında məsafəni daraltmaq üçün avadanlığın tədarüküdür. Bu təklifi Azərbaycan tərəfi maraqla qarşıladı. Bu avadanlıqdan Azərbaycanla İranın sərhəddində istifadə oluna bilər. Ondan artıq Polşa ilə Litva, Polşa və Ukrayna sərhədləri arasında istifadə edilir. Hazırda o Belorusla Rusiya sərhədlərindən sınaqdan keçirilir. Biz Azərbaycanda malların daşınmasının yaxşılaşdırılması üçün layihələrin işlənməsində maraqlıyıq. Bu məsələ çox əhəmiyyətlidir və biz hesab edirik ki, birgə əməkedaşlıq bu məsələni həll edə bilər.

- 2006-cı ildə ölkələrimiz arasında ticarət balansında Polşanın proqnozları necədir?

- Hazırda Polşa ilə Azərbaycan arasında ticarət balansı müsbətdir. Bu, Polşanın nöqteyi-nəzərincə çox mühümdür, belə ki, bu cür balansa malik olduğumuz ölkələr heç də çoxluq təşkil etmir. Biz gələn il ticarət balansının 60-70 milyon dollar səviyyəsində olacağını gözləyirik.

Xəbər lenti

Xəbər lenti