...

YAP-IN İCRA KATİBİ ATƏT RƏSMİSİNƏ MƏKTUB ÜNVANLAYIB

Siyasət Materials 3 Oktyabr 2005 18:31 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda Seçkiləri Müşahidə missiyasının rəhbəri, səfir Girt Arensə məktub ünvanlayıb". Trend xəbər verir ki, məktubda adıçəkilən təşkilatın noyabrın 6-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin ilkin mərhələsinin yekunlarına dair hazırladığı hesabatda fikir ayrılığına səbəb ola biləcək məqamların müzakirə predimeti missiya rəhbərinin nəzərinə çatdırılıb.

Hesabatda əksini tapan "Mərkəzi Seçki Komissiyası 8 sentyabrda YAP-ın və onun namizədlərinin lehinə keçirilən proqramma qarşı heç bir tədbir görmədi" fikri ilə bağlı məktubda qeyd olunub: "Həmin mitinq-görüş Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun oalar YAP ilə "Spase" teleşirkəti arasında imzalanan 01 sentyabr 2005-ci il tarixli müqavilə əsasında yayımlanıb, seçki qanunvericiliyinin bütün prinsiplərinə tam əməl olunub".

Məktubda adıçəkilən missiyanın hesabatının bu bəndinin ölkədə seçkiqabağı durumu düzgün əks etdirmədiyi qeyd olunub. Bu qeyri-səhih məlumat YAP-ın imicinə xələl kimi qiymətləndirilib və onun sənddən çıxarılması xahiş edilib.

Xəbər lenti

Xəbər lenti