...

DOQQUZ ŞƏXS NAMİZƏDLİYİNDƏN İMTİNA EDƏ BİLƏR

Siyasət Materials 3 Oktyabr 2005 19:07 (UTC +04:00)

"Sentyabrın 28-dən başlayaraq aclıq edən 70 saylı Masallı seçki dairəsindən namizədliyi qeydə alınan 9 şəxs öz namizədliklərindən imtina edə bilər". Bu barədə Trend ə namizədliyi həmin dairədən ləğv edilən Türk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

Aclıq aksiyasının hələ də davam etdiyini deyən V.Bəyturan məlum məsələ ilə Mərkəzi Seçki Komissiyasının ciddi məşğul olduğunu bildirib: "Aksiya iştirakçılarının prezident İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasına, ATƏT-in Bakı ofisinə, ABŞ-ın və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə göndərdikləri bəyanat böyük rezonansa səbəb olub. Artıq Masallı rayonuna bir sıra beynəlxalq təşkilatların nümayəndələri gəlib, aksiya iştirakçılarının vəziyyəti ilə tanış olublar".

Partiya sədri aclıq edən 9 namizədin bir neçə gündən sonra Bakıda mətbuat konfransı keçirəcəklərini də bildirib: "Namizədlər hüquqlarının qorunmasını və dairə seçki komissiyasının sədri Elxan Məmmədovun tutduğu vəzifədən kənarlaşdırılması tələblərində israrlıdırlar".

Qeyd edək ki, aclıq edən namizədlər bunlardır: Akif Səfərov, Abbas Əsgərov, Zakir Abbasov, Eynulla Zalıyev, Ələsgər Hüseynov, Ağalar Mehdiyev, Təhməz Təhməzov, Böyükxan Kərimov və Əli Cəfərov.

Xəbər lenti

Xəbər lenti