...

BİR NEÇƏ DUSTAQLA BAĞLI BAŞ PROKURORA VƏ DAXİLİ İŞLƏR NAZİRİNƏ MÜRACİƏT OLUNUB

Siyasət Materials 3 Oktyabr 2005 19:10 (UTC +04:00)

Oktyabrın 3-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bir neçə dustaqla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Bu barədə Trend ə hüquq müdafiəçisi məlumat verib.

Hüquq müdafiəçisi sentyabrın 29-da dustaqlar tərəfindən Komitəyə daxil olmuş bir neçə şikayət ərizəsini yerində araşdırmaq üçün Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olub. Həmin dustaqlar ibtidai istintaq orqanları tərəfindən təzyiqlərə məruz qaldıqları barədə gileylərini bildiriblər.

E.Behbudov: "Dustaqlardan Qurbanov Elşən Gündüz oğlu şikayətləndi ki, Əzizbəyov rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin Ruslan adlı rəisi onun cibinə narkotik maddə ataraq həbs edib. 10 illik həbs cəzasına məhkum edilmiş Ələkbərova Mehriban İsmayıl qızı isə barəsində ədalətsiz hökm çıxarıldığını iddia söylədi. Şikayətçi dustaqlardan biri də 11 saylı Cəzaçəkmə Müəssisəsində bunt zamanı müəssisənin damına qalxdığına görə təkrar təcridxanaya köçürülüb. O bildirdi ki, buntçulara qoşulmasının səbəbi müəssisə rəisinin dustaqlara qarşı sərt münasibətinə etiraz etmək olub. Ancaq onu obşak ideyasında olmaqda günahlandırırlar".

Hüquq müdafiəçisinin sözlərinə görə, görüşdüyü digər iki dustaqsa Adil Şamilov və Ruslan Bessonovdur. Adil Şamilov adam oğurluğunda, Ruslan Bessonovsa qəsdən adam öldürməkdə təqsirləndirilir. Lakin onların heç biri həmin cinayətlərdə özünü təqsirli bilmir. "Hər ikisi bildirdilər ki, bü cinayətləri ibtidai istintaq vaxtı işgəncə yolu ilə onların boynuna qoyublar" - deyə E.Behbudov söyləyib.

Xəbər lenti

Xəbər lenti