...

BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATI AÇIQ ELAN EDİLİB

Siyasət Materials 3 Oktyabr 2005 20:26 (UTC +04:00)
BƏDİİ GİMNASTİKA ÜZRƏ DÜNYA ÇEMPİONATI AÇIQ ELAN EDİLİB

Oktyabrın 3-də H.Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirildi.

Trend bildirir ki, rəsmi hissəni Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva açıb, yarış iştirakçılarını və qonaqları salamlayıb.O, qeyd edib ki, hazırkı yarış Azərbaycanda iti templə inkişaf edən idmana yüksək qiymətdir. "Bakıda idmanın olimpiya növü üzrə ilk dünya çempionatı keçirilir və bu, kifayət qədər rəmzi xarakterdədir.Axı gimnastika yalnız idman yox, həm də gözəllik rəmzidir" -deyə M.Əliyeva qeyd edib. O, həmçinin ölkə prezidenti İlham Əliyevə göstərdiyi dəstəyə görə təşəkkür edib.Həmin dəstək olmasaydı bu mundialın paytaxtda keçirilməsi arzu olaraq qalardı.

Sonra söz Beynəlxalq Federasiyanın (FIG) prezidenti Bruno Qrandiyə verilib.

Xəbər lenti

Xəbər lenti