...

LATVİYA AZƏRBAYCANIN AVROPA VƏ AVRO-ATLANTİK STRUKTURUNA İNTEQRASİYASINI DƏSTƏKLƏYİR

Siyasət Materials 3 Oktyabr 2005 20:42 (UTC +04:00)

Latviya Azərbaycanın Aİ, NATO, ATƏT və Avropa Şurası ilə fəal əməkdaşlığına yardıma yönəldilmiş səylərini dəstəkləyir. Trend bildirir ki, bu barədə oktyabrın 3-də Bakıda Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Vayra Vike-Freyberqanın imzaladığı birgə bəyannamədə deyilir.

Sənəddə tərəflər Avro-Atlantik Şura, NATO-nun təərfdaşlıq Proqramı və Azərbaycanın təqdim etdiyi fərdi təərfdaşlıq planı çərçivsəində sıx əməkdaşlığa dəstək ifadə olunur.Bəyannaməni imzalayan təərflər razılığa gəlib ki, Aİ-nin qonşu ölkələrə münasibətdə siyasəti sabitliyə və Cənubi Qafqazda rifah halının yüksəlməsinə xidmət edəcək.

Sənəddə Latviya dövlət strukturlarının Azərbaycan ilə Avro-Atlantik strukturlara inteqrasiya mübadiləsini bölüşməyə hazır olduğu təsdiqlənir. Tərəflər həmçinin mütəşəkkil cinayətkarlıq, korrupsiya, qeyri-qanuni miqrasiya, insan alveri, çirkli pulların yuyulması, qeyri-qanuni qaçaqmalçılıq və hava piratlığı ilə mübarizədə əməkdaşlığın əhəmiyyətini təsdiq edir.

Bəyannamə nəzərdə tutur ki, Latviya və Azərbaycan BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığın səmərəliliyinin yüksəldilməsində səy göstərməlidir.Tərəflər həmçinin parlamentlərarası əməkdaşlıqda, o cümlədən AŞPA çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyətini təsdiq edir.

Latviya və Azərbaycan BMT-nin Xartiyasını, eləcə də ATƏT-in əsas sənədlərini tamamilə dəstəkləyərək və rəhbər tutaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişməzliyi xüsusilə nəzərə alınmaqla beynəlxalq hüququn başlıca prinsip və normaları əsasında Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin əhəmiyyətini qeyd edir.

ATƏT-in Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə yönəldilmiş fasiləsiz səyləri və "Minsk qrupu"nun fəaliyyətinə istinadən Latviya və Azərbaycan bu istiqamətdə həlledici qərarların qəbul edilməsi zərurətini bir daha qeyd edir.

Xəbər lenti

Xəbər lenti