...

BAKI İLƏ SOFİYA ARASINDA TƏYYARƏ REYSİ AÇILACAQ

Siyasət Materials 4 Oktyabr 2005 12:42 (UTC +04:00)
BAKI İLƏ SOFİYA ARASINDA  TƏYYARƏ REYSİ AÇILACAQ

Yaxın vaxtlarda Bakı ilə Sofiya arasında birbaşa təyyarə reysi açıla bilər. Bu barədə Trend ə Bolqarıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev artıq bu layihənin həyata keçirilməsi ilə bağlı "Azərbaycan Hava Yolları" Dövlət iKonserni ilə danışıqlara başlayıb. Bolqarıstan tərəfində bu layihəni mümkün qədər tez reallaşdırması ilə bağlı böyük istək mövcuddur və həm də iki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq barədə müəyyən hüquq-muqavilə bazası var. Razılaşma Azərbaycan prezidentinin bu yaxınlarda Bolqarıstana rəsmi səfəri zamanı imzalanıb. Səfirlikdə belə hesab edirlər ki, iki ölkə arasında birbaşa təyyarə reyslərinin açılışı turist axınının artması, ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi üçün böyük imkanlar yaradır.

Hazırda Azərbaycan və Bolqarıstan vətəndaşları Vyanadan, Moskvadan və s. şəhərlərdən çarter reysləri vasitəsilə uçurlar.

Xəbər lenti

Xəbər lenti