...

AZƏRBAYCAN AVROPA LİBERALYÖNÜMLİ PARTİYALAR BİRLİYİNƏ ÜZV OLUB

Siyasət Materials 4 Oktyabr 2005 13:46 (UTC +04:00)

"Kiyev şəhərində "Avropada liberal dəyərlərin qorunması" ilə bağlı keçirilən dəyirmi masada yaradılan "Liberalyönümlü partiyalar" birliyinə Azərbaycan da daxil edilib". Bu barədə Trend agentliyinə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Partiya sədrinin sözlərinə görə, dəyirmi masaya dəvət olunmağına baxmayaraq, seçki təbliğatı ilə bağlı orada iştirak edə bilməyib: "Liberal Azərbaycan" seçki blokunu həmin tədbirdə Vüqar Əlişanbəyli təmsil edib. Tədbirdə belə qərara alınıb ki, Avropada fəaliyyət göstərən liberalyönümlü partiyaların qurumunu təsis etsinlər. Bu heç də Liberal İnternasional (Libintern) təşkilatına alternativ deyil".

F.Əliyev "Liberalyönümlü partiyalar" birliyinə İsrail, Ukrayna (birliyə bu ölkənin iki partiyası - Liberal və Liberal Demokrat Partiyaları daxildir), Gürcüstan, Bolqarıstan və Azərbaycanın liberal demokrat partiyalarının daxil olduğunu bildirib: "Birliyin nizamnaməsində digər ölkələrin liberalyönümlü təşkilatlarının da üzv ola biləcəyi qeyd olunub".

Birliyin yaradılmasının məqsədini açıqlayan partiya sədri deyib: "Ən əsası Avropada liberal dəyərləri qorumaq və birliyə daxil olan partiyaların təmsil etdikləri dövlətlərdə yaranmış problemlərin bircə həlli yollarını müzakirə etməkdir".

Xəbər lenti

Xəbər lenti