...

"AZADLIQ" BLOKU NÖVBƏTİ AKSİYASINI OKTYABRIN 9-NA KEÇİRİB

Siyasət Materials 4 Oktyabr 2005 14:28 (UTC +04:00)

"Azadlıq" bloku oktyabrın 8-də keçirməyi planlaşdırdığı növbəti aksiyanın vaxtını dəyişib. Bloku seçki qərargahından Trend ə verilən məlumata görə, aksiya oktyabrın 9-na təyin olunub.

"Azadlıq" blokunun Sədrlər Şurasının toplantasında 1 oktyabr aksiyasının nəticələri, seçki prosesi ilə bağlı bir sıra önəmli məsələlər, həmçinin, növbəti mitinqə hazırlıq işləri müzakirə olunub. Qeyd edək ki, oktyabrın 4-də və 5-də "Azadlıq" bloku Azərbaycanın qərb bölgələrində kütləvi aksiyalar keçirəcək və bu tədbirlərdə blok liderlərinin də iştirakı gözlənilir. Buna görə də oktyabrın 8-də Bakıda keçiriləcək yürüş-mitinq oktyabrın 9-na keçirilib.

Oktyabrın 9-u saat 16.00-dan 18.00-dək Bakının mərkəzi meydanlarından birində mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb. Müraciətdə yürüş-mitinq üçün 6 marşrut təklif olunur. "C.Cabbarlı", "M.Əzizbəyov", "Füzuli" meydanları, metronun "Nəriman Nərimanov", "Gənclik", Elmlər Akademiyası" stansiyalarının qarşısındakı meydanlardan birində aksiya keçirmək üçün izacə istənilir. Şəhər rəhbərliyi həmin ünvanlardan heç birinə razılıq verməsə, müxalifətçilər bu marşrutlardan birində aksiya keçirməkdə israrlıdırlar.

Xəbər lenti

Xəbər lenti