...

GƏNCƏBASARDA ŞƏFFAF SEÇKİLƏR BLOKU HESABAT AÇIQLAYACAQ

Siyasət Materials 4 Oktyabr 2005 14:58 (UTC +04:00)

"Gəncəbasarda şəffaf seçkilər" blokunun təsisçiləri seçki təbliğatı ilə bağlı bölgələrdə üzləşdikləri problemləri oktyabrın 10-da hesabat şəkilində açıqlayacaqlar". Bu barədə Trend agentliyinə adıçəkilən blokun təsisçilərindən olan Gündüz Cəlilov bildirib.

G.Cəlilovun sözlərinə görə, seçicilərlə görüşlərində sosial problemlərlə yanaşı seçki təbliğatı ilə bağlı neqativ hallara rast gəlinir: "Bəzi rayonların icra hakimiyyəti başçıları seçkilərə müdaxilə edir, namizədlərin hüquqları pozulur. Bu barədə məlumatlar mütəmadi olaraq bizim tərəfimizdən dairə seçki komissiyalarına çatdırılır. Çalışırıq ki, bunların qarşısı alınsın".

G.Cəlilov onu da bildirib ki, bloka üzv olmaq üçün bölgədən olan digər müstəqil namizədlər onlara müracəit ediblər. Bir neçə günə bu məsələyə də baxılacaq.

Qeyd edək ki, "Gəncəbasarda şəffaf seçkilər" bloku 101 saylı Xanlar-Daşkəsən seçki dairəsindən namizəd olan Gündüz Cəlilov, 102 saylı Samux-Şəmkir seçki dairəsindən namizəd olan Elxan Qəmbərov və 39 saylı Gəncə seçki dairəsindən namizəd olan Qafar Çaxmaqlı tərəfindən təsis edilib. Blokun yaradılmasında məqsəd Gəncəbasar bölgəsindən olan namizədlərin seçkilərdə birliyini nümayiş etdirməkdir.

Xəbər lenti

Xəbər lenti