...

MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ ERMƏNİSTANDA KEÇİRƏCƏYİ İCLASI İLƏ BAĞLI MİLLİ MƏCLİSDƏ MƏLUMAT YOXDUR

Siyasət Materials 4 Oktyabr 2005 15:31 (UTC +04:00)

"Müstəqil Dövlətlər Birliyi (MDB) parlamentlərarası assambleyası komissiyalarının Ermənsitanda keçirilən iclasına Azərbaycan parlamentarilərinin dəvət olunmasıyla bağlı məlumat yoxdur". Bu barədə Trend agentliyinə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Milli Məclisin elm və təhsil komissiyasının sədri, millət vəkili Şahlar Əsgərov da bu barədə məlumata malik olmadığını qeyd edib: "Ermənistanda keçiriləcək tədbir barədə də məlumatım yoxdur. Belə bir dəvət olsaydı parlamentin rəhbərliyi tərəfindən bizə deyərdilər".

Qeyd edək ki, sözügedən toplantının oktyabrın 5-7-i arası Ermənistanda keçiriləcəyi barədə məlumatı "ARKA" agentliyi yayıb.


Tədbir MDB parlamentləararası assambleyanın iqtisadiyyat və maliyyə, elm və təhsil komissiyalarının iclasına həsr ediləcək.

Hər iki komissiyanın ilk iclası oktyabrın 5-də olacaq və Ermənistan parlamentinin spikeri Artur Baqdasaryanla MDB parlamentlərarası assambleyanın baş katibi Mixail Krotkov çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti