...

SENTYABR AYI ƏRZİNDƏ DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN ƏMƏKDAŞLARI AXTARIŞDA OLAN 43 NƏFƏRİ SƏRHƏDDƏ YAXALAYIB

Siyasət Materials 4 Oktyabr 2005 17:14 (UTC +04:00)

Sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları axtarışda olan 43 nəfəri sərhəddə yaxalayıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Məlumatda göstərilir ki,bundan əlavə sərhədçilərimiz tərəfindən silah-sursatın qanunsuz saxlanılması ilə bağlı 3 ədəd ov tüfəngi, "PK" markalı silah üçün 100 ədəd piston, 1,5 kiloqram qırma, ov patronlarının hazırlanması üçün 3 ədəd alət, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi istiqamətində isə 55 qram tiryəkə və 6 qram marixuanaya oxşar maddə müəyyənləşdirilərək saxlanılıb.

Həmçinin, dövlət sərhədinin mühafizəsi zamanı 15 Rusiya Federasiyası,3 Azərbaycan, 1 Hollandiya və 1 Qırğızıstan vətəndaşı saxta, 1 Azərbaycan, 1 Qırğızıstan vətəndaşı başqasına məxsus sənədlə, 37 nəfərsə müxtəlif ölkə vətəndaşları müvafiq sənədləri olmadığına görə saxlanılıb. Həmçinin, 4 Keniya, 3 Banqladeş, 3 İraq, 2 İran, 2 Nigeriya, 2 İordaniya, 1 Hindistan, 1 Pakistan, 1 Uqanda, 1 Yəmən və 1 1 Livan vətəndaşı vizalarının olmamasına görə, 1 Azərbaycan, 1 Gürcüstan vətəndaşı isə şübhəli şəxs qisminndə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, 13 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Nəticədə 10 İran İslam Respublikası və 7 Azərbaycan Respublikası vətəndaşı sərhəd pozucusu qismində tutulub. Sərdəh rejimi qaydalarını pozduqlarına görə 19 Azərbaycan vətəndaşı və 8 Gürcüstan vətəndaşı saxlanılıb.

Ay ərzində 24.925 ABŞ dollarının, 81.474 qutu müxtəlif markalı siqaretlərin, 8.869 litr dizel yanacağının, 15.840 ədəd "Oksidenrasiklonaqidroxlorid" dərman preparatının, 22 ton əlvan metalın, 17 kq 763 qram qara kürünün, 386 ədəd müxtəlif mobil telefonun, 450 kq hisə verilmiş balığın, 130.000 ədəd spirtli içki qapağının altlığının, 1 ton mühərrik yağının, "SİEMENS" markalı 6 ədəd radiostansiyanın, 123 baş iribuynuzlu heyvanın, 40 baş xırdabuynuzlu heyvanın, 148 litr spirtli içkilərin, 55 ədəd müxtəlif geyim əşyalarının, "Moskviç" markalı avtomaşın üçün 4.500 ədəd yağ filtrinin dəmirlərinin və 500 ədəd filtr kağızının, 1.115 ədəd elektrik avadanlığının, 132 kiloqram yuyucu tozun, motosiklet və traktorların çoxlu sayda ehtiyat hissələrinin dövlət sərhədindən qeyri-qanuni keçirilməsinin qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti