...

AZƏRBAYCAN QİƏT XİNŞ-NİN İCLASINDA TƏŞKİLATIN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTİNƏ AİD MƏSƏLƏLƏR QALDIRACAQ

Siyasət Materials 4 Oktyabr 2005 17:22 (UTC +04:00)
AZƏRBAYCAN QİƏT XİNŞ-NİN İCLASINDA TƏŞKİLATIN TƏKMİLLƏŞDİRİLMƏSİ ZƏRURƏTİNƏ AİD MƏSƏLƏLƏR QALDIRACAQ

Azərbaycan Qara dəniz iqtisadi əməkdaşlıq Təşkilatının (QİƏT) təkmilləşdirilməsi tərəfdarıdır. Trend bildirir ki, bu barədə AR xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev QİƏT ölkələri xarici işlər nazirləri Şurasının (XİNŞ) oktyabrın 28-də Kişinyovda planlaşdırılmış növbəti iclasını şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın təkmilləşdirilməsi çərçivəsində katibliyin rolunun gücləndirilməsini, işçi qrupların işinin səmərəliliyini, beynəlxalq təşkilatlarla, ilk növbədə Avropa Birliyi ilə əməkdaşlığı zəruri hesab edir. "Buna görə mən düşünürəm ki, Azərbaycanın Kişinyov iclasında iştirakı və işi əsas etibarilə bu proseslərə təkan verilməsinə yönəldiləcək"-deyə M.Məmmədquliyev bildirib.Onun sözlərinə görə, bütünlükdə iclasda QİƏT-in son yarım ildə görülən işləri təhlil ediləcək və gələcək perspektivlər planlaşdırılacaq.

Nazir müavini həm də bildirib ki, yaxın vaxtlarda QİƏT-in energetika üzrə işçi qrupunun görüşü keçirilməlidir.Bu ərəfədə AR enegetika və yanacaq Nazirliyi öz planlarını, proqramlarını və qarşıdakı görüş barədə təkliflərini təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti