...

ALİ MƏHKƏMƏDƏ ÇEÇEN MƏHBUSUN ŞİKAYƏT ƏRİZƏSİNƏ BAXILACAQ

Siyasət Materials 4 Oktyabr 2005 18:30 (UTC +04:00)

Oktyabrın 11-də Azərbaycan Respublikası Ali Məhkəməsində çeçen məhbus Maqomed Xocayevin şikayətinə baxılacaq. Bu barədə Trend ə məhbusu4n vəkili Elman Osmanov məlumat verib.

Vəkilin sözlərinə görə, Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Maqomed Xocayevin Ali Məhkəməyə müraciət etməsinə səbəb təyin edilmiş cəzayla razılaşmaması olub.

E.Osmanov: "Maqomed Xocayev Patamdarda bir ailənin üç üzvünü öldürmüş dəstənin üzvüdür. 2004-cü ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə tərəfindən mühakimə olunub. Ancaq o, ibtidai istintaq tərəfindən irəli sürülmüş ittihamların bir qismini hələ birinci instansiya məhkəməsində də qəbul etməmişdi və həmin ittihamlar uüzrə özünü tam təqsirsiz hesab etmişdi. Ömürlük cəzaya məhkum olunduqdan sonra apellyasiya instansiyasına müraciət etmişdi, ancaq bu instansiya da məhkəmə hökmünü qüvvəsində saxlamışdı. Oktyabrın 11-də isə artıq onun şikayətinə Ali Məhkəmədə baxılacaq".

Xəbər lenti

Xəbər lenti