...

MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ ELDAR MAHMUDOV ÇİN SƏFİRİNİ QƏBUL EDİB

Siyasət Materials 4 Oktyabr 2005 18:34 (UTC +04:00)

Oktyabrın 4-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Çyan Syunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. Bu barədə Trend ə MTN-dən məlumat verilib.

E.Mahmudov Ç.Syunun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Çin-Azərbaycan arasında dostluq, elmi və mədəni münasibətlərin inkişafı istiqamətində gördüyü işləri, habelə hər iki dövlətin xüsusi xidmət orqanlarının əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün səylərini yüksək qiymətləndirib. Ç.Syunun Azərbaycanda səfir işləməsindən qürur duyduğunu, bu illərin onun qəlbində ən xoş xatirələrə çevriləcəyini bildirib. Səfir səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycandan ayrılmasına baxmayaraq, daim bu ölkənin və xalqın dostu qalacağını, ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün bundan sonra da çalışacağını söyləyib.

Görüşdə beynəlxalq münasibətlər sisteminin başlıca prinsiplərindən olan dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına riayət olunması məsələsində, terrorçuluqla və ekstremizmin bütün təzahürləri ilə mübarizədə ölkələrimizin mövqeyini ust-üstə düşdüyü, bu sahədə əməkdaşlığın yüksəlməsi qeyd olunub. Regionda gedən proseslər barədə məlumat mübadiləsinin daim genişlənməsinin vacibliüi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti