...

LATVİYA PREZİDENTİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATIB

Siyasət Materials 4 Oktyabr 2005 19:47 (UTC +04:00)

Latviya prezidenti Vayra Vika-Freyberqanın Azərbaycana üçgünlük rəsmi səfəri oktyabrın 4-də başa çatıb. Trend bildirir ki, o, Bakıdan iki günlük rəsmi səfərlə Gürcüstana gedib.

Vayra Vike-Freyberqa rəsmi səfərinin üçüncü günündə Azərbaycan prezidenti İlham Əliyevlə birgə Azərbaycan-Latviya biznes-forumunda iştirak edib.Tədbirdə çıxış edən V.Vike-Freyberqa ümid etdiyini bildirib ki, iki ölkənin iqtisadi əməkdaşlığı yaxşılaşdırılmaqda davam etdiriləcək və onun Azərbaycana səfəri buna yeni təkan verəcək. Prezident qeyd edib ki, Latviya Azərbaycan ilə beynəlxalq təşkilatlarda inteqrasiya təcrübəsini bölüşməyə hazırdır.O, həmçinin yaxın vaxtlarda iki ölkənin həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlığının daha da sıx olacağı barədə ümid etdiyini bildirib.

Vike-Freyberqa qeyd edib ki, Latviyanın yüksək səviyyəli sahibkarlarından ibarət çoxlu sayda nümayəndə heyətinin Bakıya gəlişi Azərbaycanda əməkdaşlıqla bağlı tərəfdaş axtarışına böyük marağın olduğunu sübut edir.Bu ölkəyə maraq maliyyə-bank sektoru və infrastruktur, eləcə də informasiya texnologiyaları ilə məşğul olan sahibkarlarla bağlı təzahür edir. Prezident qeyd edib ki, nümayəndə heyətində Azərbaycanda işləmək niyyətində olan Baltik ölkələrinin ən iri maliyyə qruplarından biri - "Parex" təmsil olunub.O, həmçinin xatırladıb ki, nümayəndə heyətində Şimal ölkələrində və Avropada ən iri informasiya texnologiyaları şirkətlərindən biri olan "TietoEnator" və Riqa-Bakı avia reysini açmağı planlaşdıran "AirBaltic" şirkətinin nümayəndələri də vardır.

Həmin gün Latviya prezidenti Heydər Əliyev Fondunda olub,Səngəçal neft terminalının işi ilə tanış olub, İçəri şəhərə gəzintiyə çıxıb.Bakı Dövlət Universitetində V.Vike-Freyberqaya bu ali məktəbin fəxri doktoru dərəcəsi verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Xəbər lenti

Xəbər lenti