...

İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİ TÜRKİYƏNİN AB-DƏ ÇIXIŞINI DƏSTƏKLƏMƏYƏ ÇAĞIRIB

Siyasət Materials 4 Oktyabr 2005 22:29 (UTC +04:00)

Bu gün Avropada islam dini haqqında yalnış məlumatlar verilir. Trend in Strasburqda olan xüsusi müxbiri bildirir ki, oktyabrın 4-də İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu bu bəyanatla çıxış edib.

"Bizim ilk növbədə məqsədimiz terrorizmlə mübarizədir"-deyə o, Türkiyənin Avropa Birliyindəki (AB) çıxışını dəstəkləməyə çağıraraq bəyan edib.

Türkiyə üzrə komitənin Avropa Şurasında mövcudluğunu qeyd edən İKT rəhbəri AŞPA-nın bu ölkəyə münasibətdə mühüm rolunun olduğunu bildirib. "Dinindən, dilindən və mədəniyyətindən asılı olmayaraq bütün insanlar bərabərdir və bütün insanlar yaxşı yaşamaq və yaxşı təhsil almaq istəyir"-deyə Ə.İhsanoğlu bəyan edib.O, qeyd edib ki, hətta 1940-50-ci illərdə Türkiyədə qadınların vəziyyyəti Avropa ölkələrində olduğundan çox yaxşı idi.

İKT baş katibi həm də deyib ki, bu gün Türkiyədə dini abidələr saxlanılıb və burada məscidlərlə yanaşı sinaqoqlar və kilsələr də vardır.

Xəbər lenti

Xəbər lenti