...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU OKTYABRIN 5-NƏ OLAN İCLASINI TƏXİRƏ SALIB

Siyasət Materials 5 Oktyabr 2005 11:46 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki blokunun oktyabrın 5-nə olan iclası təxirə salınıb". Bu barədə Trend agentliyinə AQ seçki blokunun təsisçilərindən olan Azərbaycan İslam partiyasının sədri Hacı Hacıağa Nuri bildirib.

İclasın təxirə salınmasında məqsəd blokun təsisçilərinin seçki təbliğatı ilə bağlı namizədi olduqları bölgələrə getmələridir: "Ola bilsin ki, blokun iclasları seçki gününə qədər təxirə salınsın. Bu, seçki təbliğatının gedişindən asılıdır. Ancaq elə məsələlər yarana bilər ki, təcili olaraq toplantı keçirə də bilərik".

H.Nuri onu da bildirib ki, oktyabrın 5-nə təyin edilən iclasda gündəlikdə duran məsələlər yalnız seçki təbliğatı zamanı namizədlərin üzləşdikləri problemlərin müzakirəsi ilə bağlı idi: "Belə problemlər azalmır.

Bu həftə də namizədlərimiz yeni-yeni problemlərlə üzləşəcəklər. Problemləri oktyabrın 12-də keçiriləcək iclasda birgə müzakirə etmək daha məqsədəuyğundur".

Qeyd edək ki, AQ seçki blokunda təmsil olunan Vəhdət Partiyasının sədri hazırda namizəd olduğu Ağsu rayonunda, blokun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli isə Göyçayda seçki təbliğatı ilə məşğuldurlar.

Xəbər lenti

Xəbər lenti