...

ABŞ-IN HELSİNKİ KOMİSSİYASININ APPARAT RƏHBƏRİ PARTİYA LİDERLƏRİ İLƏ QAPALI GÖRÜŞ KEÇİRİB

Siyasət Materials 5 Oktyabr 2005 11:56 (UTC +04:00)

"ABŞ-ın Helsinki Komissiyasının aparat rəhbəri Şon Vun Azərbaycanda fəaliyyət göstərən bir sıra partiya liderləri ilə ABŞ-ın səfirliyində görüş keçirib". Bu barədə Trend agentliyinə görüşdə iştirak edən Yeni Azərbaycan Partiyasının səlahiyyətlisi Səyyad Aran bildirib.

S.Aran qapalı keçirilən məlum görüş barədə əldə olunan razılığa əsasən heç bir məlumat verə bilməyəcyini qeyd edib.

Trend isə xəbər verir ki, ABŞ səfirliyində keçirilən görüşdə "Azadlıq" blokunun liderləri - Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədri Əli Kərimli və Azərbaycan Demokrat Partiyası sədrinin müavini Həsrət Rüstəmov, Azərbaycan Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov, Yeni Siyasət seçki blokunun təsisçilərindən olan Eldar Namazov və Azərbaycan Demokratik İslahatlar Partiyası sədrinin müavini İnqilab Əhmədov iştirak ediblər.

Görüşdə müzakirə olunan əsas məsələ seçkilərin keçirilməsi ilə bağlı olub. Müxalifətdən olan nümayəndələr seçkilərin şəffaf və demokratik keçiriləcəyinin sual altında olduğunu bildiriblər. "Azadlıq" blokunun keçirdiyi icazəsiz mitinqlərin polislər tərəfindən dağıdılmasına dair məlumat qonağın diqqətinə çatdırılıb.

YAP rəsmisi isə öz çıxışında müxalifət liderlərinin dediklərinin əksini söyləyərək Azərbaycan xalqının və iqtidarın seçkilərin demokratik və şəffaf keçirilməsi üçün çalışdığını və müxalifətin bu istiqamətdə onlara maneə yaratdığını bildirib.

Xəbər lenti

Xəbər lenti