...

"AZADLIQ" BLOKU LİDERLƏRİNİN QƏRB BÖLGƏLƏRİNDƏ SEÇİCİLƏRLƏ GÖRÜŞLƏRİ BAŞLAYIB

Siyasət Materials 5 Oktyabr 2005 14:05 (UTC +04:00)

Oktyabrın 5-də "Azadlıq" blokunun liderlərinin Azərbaycanın qərb bölgələrində seçicilərlə görüşləri başlayıb. Trend in məlumatına görə, müxalifətçilər əvvəlcə Qazaxda olublar. Görüşlərdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli və blokun digər namizədləri iştirak ediblər. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu Avropada səfərdə olduğundan onu partiyanın digər funksioneri Nurəddin İsmayılov əvəz edir. Blok rəhbərləri saat 12.00-da Qazax seçiciləri ilə görüşüblər. Mitinqdə çıxış edən Əli Kərimli, İsa Qəmbər seçiciləri "Azadlıq" blokunun namizədlərinə səs verməyə çağırıb. Liderlər "Azadlıq" blokunun seçki platforması barədə seçicilərə məlumat verib, deputat seçiləcəkləri təqdirdə görəcəkləri işlər, parlamentdə qaldıracaqları məsələlər haqqında danışıblar. Müxalifət liderləri vətəndaşları seçkilərin azad, demokratik, ədalətli keçirilməsi üçün fəal mübarizəyə, seçkinin saxtalaşdırılmasına imkan verməməyə də çağırıb.

Qazaxda keçirilən mitinqdən sonra blok rəhbərləri Ağstafaya yola düşüblər. Təxminən saat 14.00 radələrindən Ağstafa seçiciləri ilə görüşlərə başlayıblar. Saat 17.00-da Tovuz rayonunda seçicilərlə görüşlər nəzərdə tutulub.

Oktyabrın 6-da isə "Azadlıq" blokunun liderləri saat 11.00-da Gədəbəydə, saat 14.00-da isə Şəmkirdə yerli sakinlərlə görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti