...

MDB İCRA KOMİTƏSİNİN SƏDRİ V.RUŞAYLO BAKIYA GƏLİB

Siyasət Materials 5 Oktyabr 2005 15:00 (UTC +04:00)

Oktyabrın 5-də MDB İcra komitəsinin sədri Vladimir Ruşaylonun Bakıya səfəri və MDB müşahidəçilərinin Azərbaycanda keçiriləcək parlament seçkilərində missiyası başlayıb. AR XİN-də Trend ə bildirilib ki, saat 15.00-da V.Ruşaylonun AR xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb.

Günün ikinci yarısında MDB İcra komitəsinin sədri Azərbaycan hökumətində və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahlı ilə görüşlər keçirəcək. Azərbaycan prezidenti İlham Əliyevin də onu qəbul edəcəyi gözlənilir.Görüş çərçivəsində MDB dövlət başçıları Şurasının Kazan iclasının yekunlarının, MDB dövlət başçıları Şurasının və XİNŞ-nin qarşıdakı iclasına hazırlıq, eləcə də Azərbaycanda noyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Ruşaylo həmçinin Azərbaycanda noyabrda keçiriləcək parlament seçkilərində MDB-dən olan müşahidəçilər missiyasının rəsmi açılışında iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti