...

TÜRKİYƏNİN ORDU GENERALININ AZƏRBAYCANA SƏFƏRİ BAŞLANIR

Siyasət Materials 5 Oktyabr 2005 16:58 (UTC +04:00)

Oktyabrın 6-da Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının ordu generalı Hilmi Özkökün Azərbaycana səfəri başlanır. Trend bu barədə məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən əldə edib.

Ordu generalı ilk olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə görüşəcək. Sonra o, Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını, o cümlədən türk əsgərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək. Növbəti görüş isə Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyevlə olacaq.

Oktyabrın 7-də ordu generalı Naxçıvanski adına lisey və Ali Hərbi Məktəblə tanış olacaq.

Hilmi Özkökün səfəri oktyabrnı 8-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti